Almaniya Bundesliqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb.
Oxu.Az Transfermarkt-a istinadən xəbər verir ki, 10 futbolçunun yer aldığı reytinqə yalnız "Bavariya" klubunun üzvləri daxildirlər.
Siyahıya 25 milyon avro maaş alan Harri Keyn başçılıq edir. Onu 21 milyon avro məvacib qazanan qapıçı Manuel Noyer təqib edir. İlk üçlüyü isə 20,5 milyon avro qazanc əldə edən Tomas Müller qapayır.
Bundesliqada ən çox maaş alan futbolçuların siyahısı:
1. Harri Keyn - 25 milyon avro;
2. Manuel Noyer - 21 milyon avro;
3. Tomas Müller - 20,5 milyon avro;
4. Leroy Sane - 20 milyon avro;
5. Yozua Kimmix - 19,5 milyon avro;
6. Serj Qnabri - 18,8 milyon avro;
7. Leon Qoreçka - 18 milyon avro;
8. Kinqsli Koman - 17 milyon avro;
9. Matteys de Liqt - 16 milyon avro;
10. Maykl Olise - 13,5 milyon avro.
Rəylər