“Çelsi” azarkeşlərindən birinin futbol matçlarına gəlməsi qadağa edilib.
Məlumata görə, azarkeş altı noyabr 2023-cü ildə Premyer Liqanın 11-ci turunun “Tottenhem”lə səfər matçında (4:1) nasist salamı verdiyinə görə bu cəzanı alıb.
“Aristokratlar”ın azarkeşi üç il oyunlarda iştirak edə bilməyəcək. Məhkəmə azarkeşi cərimə ödəməyə də məcbur edib.
Mənbə: Gazeta.ru
Rəylər