Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Fransanın "Lill" komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, İstanbulda baş tutan matçda hesab yalnız 90+1-ci dəqiqədə avtoqolla açılıb.
"Lill"in futbolçusu topu öz qapısına göndərərək "Fənər"i əsas vaxtda məğlubiyyətdən xilas edib - 1:0.
Fransadakı ilk oyunda yerli komanda 2:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab 2:2 olub və əlavə vaxta ehtiyac yaranıb. Matçın 109-cu dəqiqəsində "Lill" azlıqda qalıb.
Buna baxmayaraq əlavə vaxtın son dəqiqələrində qonaqlar penaltidən hesabı bərabərləşdirərək sevinən tərəf olublar - 1:1 (2:3).
Turnirlə vidalaşan sarı-lacivərdlər isə yollarına Avropa Liqasında davam edəcəklər.
Rəylər