Dünya çempionatının seçmə mərhələsində Paraqvay seçmə komandası ilə Braziliya millisi üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan qarşılaşmanın taleyini yalnız bir qol həll edib. Dieqo Qomezin 20-ci dəqiqədə vurduğu qol komandasına üç xal qazandırıb.
Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn Paraqvay seçməsi doqquz xalla 7-ci pilləyə yüksəlib. Məğlubiyyətlə barışmalı olan Braziliya 10 xalla 5-cidir.
Rəylər