"Hər bir idmançımızın çempionluqda böyük əziyyəti var, kuboku bütün komandanın hesabına qazandıq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Əjdər Bağırov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib:
"Daim bizim komanda yarışında əzəli rəqibimiz Fransa olub. Final görüşünə bu səbəbdən olduqca emosional yanaşdıq. Həmvətənlərimiz bizə olan dəstəyi əvəzsiz idi. Çox gözəl ab-hava var idi. Himnimiz səslənəndə keçirdiyim hissləri yalnız yaşamaqla bilmək olar. Sevinirik ki, həm fərdi, həm də komanda yarışlarında yaxşı çıxış etdik. Dünya çempionatından da Azərbaycana qızıl medallarla dönmək istəyirik".
Qeyd edək ki, komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi yarışlarda Avropa çempionatının ümumi hesabında birinci yeri tutub.
Anar Həsənov
Rəylər