Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Ən-Nəsr" və "Əl-Əhli" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Ər-Riyaddakı "Əl-Avval Park" stadionunda mübarizə aparıblar. Qarşılaşmanı Sergey Karasev (Moskva, Rusiya) başçılıq etdiyi hakimlər briqadası idarə edib. Yekun hesab 1:1 olub.
"Əl-Əhli"nin yarımmüdafiəçisi Frank Kessye 57-ci dəqiqədə fərqlənib. 90+9-cu dəqiqədə isə "Əl-Əhli"nin müdafiəçisi Bassam Əl-Xurayci topu öz qapısına göndərib.
"Ən-Nəsr" 2024/2025 mövsümü üçün Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində altıncı yerdədir. Komanda üç görüşdən beş xal toplayıb. "Əl-Əhli" dörd xalla 9-cu yerdədir. "Əl-Hilal" isə birinci yerdədir (6).
Bundan əvvəl "Əl-Taavun" "Əl-Xalic"ə 2:0, "Damak" isə "Əl-Ohdud"a 3:1 hesabı ilə qalib gəlib.
Rəylər