Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Estoniyalı idmançı tarixə düşdü: İp üzərində bir qitədən digərinə keçdi
Estoniyalı idmançı, ip üzərində gəzmək üzrə üçqat dünya çempionu Yaan Ruz Türkiyənin İstanbul şəhərində Bosfor boğazını iplə keçib.
Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bu, tarixi addım hesab olunur. Belə ki, estoniyalı akrobat ip üzərində bir qitədən digərinə keçən ilk şəxs olub. İdmançı Asiya ilə Avropanı ayıran Bosfor boğazını uğurla qət edib.
Nəşrin məlumatına görə, keçidin uzunluğu 1000 metrdən çox, hündürlüyü isə 165 metr olub. İdmançı bu yola təxminən 47 dəqiqə sərf edib. Sonda o, tarixə düşdüyü üçün xoşbəxt olduğunu bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Yaan Ruz Bakıda məşhur "Flame Towers" ("Alov Qüllələri") arasında da ip üzərində gəzib.
Rəylər