İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Federiko Kyeza yanvarda İtaliya A seriyasında çıxış edən "İnter"ə transfer oluna bilər.
Oxu.Az xəbər verir ki, "İnter" 27 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Futbolçu keçən yay "Yuventus"dan "Liverpul"a keçib, lakin indiyədək komandasında cəmi 3 oyun keçirib.
Yarımmüdafiəçinin "Liverpul"la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Qeyd edək ki, 2021-ci ildə Kyeza İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.
Rəylər