Türkiyənin "Fənərbağça" klubunun təcrübəli cinah hücumçusu Ferdi Kadıoğlu azarkeşlərlə vidalaşacaq.
Məlumata görə, İngiltərənin "Arsenal" klubu 25 yaşlı cinah hücumçusu ilə razılaşıb. "Topçular" Ferdi üçün "Fənərbağça"ya 20 milyon avro ödəməli olacaqlar.
Türkiyə mediasında yayılan xəbərlərə görə, Ferdi Kadıoğlu "İstanbulspor"la görüşdən sonra "Fənərbağça" azarkeşləri ilə vidalaşacaq.
Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm çıxdığı 50 matçda üç qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.
Mənb: Sporx.com
Rəylər