Macarıstan Liqasında "Ferentsvaroş" - "Uypeşt" derbisi zamanı meydan sahibinin azarkeşləri rəqib komandanın tərəfdarlarına qarşı hörmətsizlik ediblər.
Oxu.Az xəbər verir ki, derbidə "Ferentsvaroş"un azarkeşləri rəqibin tribunasına tüstü bombası yerləşdiriblər.
Matç zamanı bombanı pultla işə salıblar. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, qarşılaşmada sevinən tərəf ev sahibi "Ferentsvaroş" olub. Onlar 90+2-ci dəqiqədə Tosin Kehindenin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Rəylər