Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında 400 metr məsafəyə qaçışda finala yüksəlib.
Oxu.Az-ın məlumatına görə, idmançı təsnifat mərhələsində 56,57 saniyəyə finiş xəttinə çatıb.
O, sabah həlledici raundda mübarizə aparacaq.
Qeyd edək ki, Lamiyə Vəliyeva bu yarışda 100 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
Rəylər