İngiltərə Liqa Kubokunda üçüncü raundun bir sıra görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, "Mançester Siti" Çempionşip (ikinci divizion) təmsilçisi "Uotford"la qarşılaşıb. "Şəhərlilər" aşağı liqa klubuna minimal üstünlüklə qalib gəliblər - 2:1.
"Çelsi" Liqa 2-də (dördüncü divizion) çıxış edən "Barrou"nu darmadağın edib. "Zadəganlar" rəqiblərinin qapısından beş cavabsız top keçiriblər - 5:0. Nkunku het-triklə yadda qalıb.
Rəylər