İngiltərə millisinin aparıcı futbolçularından olan Kol Palmer, Olli Uotkins və Fil Foden zədə və xəstələnmə səbəbindən seçmə komandanın düşərgəsini tərk edib.
Oxu.Az xəbər verir ki, İngiltərə millisi UEFA Millətlər Liqasının qarşıdakı görüşlərinə üç itki ilə çıxacaq.
Belə ki, Kol Palmer, Olli Uotkins və Fil Foden zədə və xəstəlik üzündən milli komandanın düşərgəsini tərk ediblər.
Xatırladaq ki, İngiltərə millisi ilk görüşünü Irlandiya seçməsinə qarşı sentyabrın 7-də, Finlandiya ilə isə sentyabrın 10-da qarşılaşacaq.
Qeyd edək ki, B qrupunda mübarizə aparan İngiltərə seçməsinin digər rəqibi isə Yunanıstan millisidir. Bu rəqiblər arasında görüş isə oktyabrın 10-da keçiriləcək.
Rəylər