"Verona" və "Yuventus" arasında futbol üzrə İtaliya çempionatının 2-ci turunun oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, oyun Veronadakı "Marc Antonio Benteqodi" stadionunda baş tutub. Qonaqlar 0:3 hesabı ilə inamlı qələbə qazanıblar.
28-ci dəqiqədə Kenan Yıldızın ötürməsini Duşan Vlahoviç qola çevirib. Qonaqların heyətində ikinci qolu Nikolo Savona vurub. 53-cü dəqiqədə Duşan Vlahoviç penaltini dəqiq yerinə yetirərək, dubla imza atıb və oyunun taleyini həll edib - 0:3.
Qeyd edək ki, növbəti turda "Yuventus" "Roma"nı qəbul edəcək, "Verona" isə səfərdə "Cenoa" ilə oynayacaq. Hər iki görüş sentyabrın 1-də baş tutacaq.
Rəylər