Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İtaliyada "Formula-1" təhlükəsizlik avtomobili qəzaya uğrayıb
İtaliyanın Monza şəhərində "Formula-1" həftəsonu öncəsi avtodromun yoxlanışı zamanı təhlükəsizlik maşını (Safety Car) qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
"Aston Martin" şirkətinin "Formula-1" üçün təqdim etdiyi "AM Vantage" təhlükəsizlik maşınının sürücüsü alman Bernd Maylander idarəetməni itirərək trasdan çıxıb və trasın sol tərəfindəki baryerlərə çırpılıb.
Qəza Monza halqasının son döngəsi olan "Parabolika"da baş verib. Qəzanın təhlükəsizlik maşınının texniki nasazlığı nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.
"Avto-moto" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər