Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda İsrail - İtaliya oyunundan öncə qəribə anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, sözügedən görüş İsraildəki müharibə şəraiti səbəbindən Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Matçda nominal meydan sahibi İsrail olub.
Oyunun startından əvvəl tribunada 50 nəfərə yaxın italiyalı azarkeşdən ibarət qrup İsrailin himni səsləndirilərkən etiraz edib. Onlar etiraz əlaməti olaraq arxalarını meydana tərəf çeviriblər.
İtaliyalı azarkeşlərin bu protesti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İsrailin Fələstinlə münaqişəsinə görə bəzi sosial şəbəkə istifadəçiləri italiyalı azarkeşlərin davranışını dəstəkləyiblər. İstifadəçilərin bəzisi isə onların fanatlar arasındakı faşist qruplardan olduğunu güman edib.
Qeyd edək ki, bu oyunda İtaliya İsraili 2:1 hesabı ilə məğlub edib.
Rəylər