Uruqvay millisinin veteran futbolçusu Dieqo Forlan özünə yeni idman növü tapıb.
Məlumata görə, o, peşəkar tennislə məşğul olmağa başlayıb.
Artıq bir neçə turnirə qatılan Forlan son olaraq ITF MT1000 turnirində 1/4 finala kimi irəliləyib. O, bu mərhələdə braziliyalı Antonio Amroya məğlub olub.
Dieqo yaşı 45-dən yuxarı olan tennisçilərin reytinqində 438-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 45 yaşlı Forlan futbolçu karyerasına 2018-ci ildə yekun vurub. Uruqvaylı "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" kimi böyük klubların şərəfini qoruyub.
Mənbə: Theatletics.com
Rəylər