"Qalatasaray"ın türkiyəli cinah futbolçusu Kerem Aktürkoğlu "Spartak"a (Rusiya) keçməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, "Qalatasaray" futbolçunu "Spartak"a satmaq variantına müsbət baxıb, lakin Aktürkoğlu özü Rusiyaya köçmək istəməyib. Eyni zamanda futbolçu Avropadan təklif gözləməyə davam edir.
Keremin karyerasını Avropa liqalarında davam etdirmək üçün layiqli variantları olmazsa, o, "Qalatasaray"da qalmağı planlaşdırır.
Daha əvvəl mətbuatda, danışıqların əvvəlində Aktürkoğlunun Moskva klubundan 3-4 milyon avro maaş tələb etdiyi, Rusiya klubunun isə ona cəmi 2.2-2.4 milyon avro ödəməyə hazır olduğu xəbəri yayılmışdı.
Qeyd edək ki, Kerem Aktürkoğlunun "Qalatasaray"la müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir. Futbolçunun "transfermarkt" portalında transfer dəyəri 15 milyon avro göstərilib.
Rəylər