Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun Maykl Çendlerlə döyüşü ləğv olunub.
Məlumata görə, buna Konor Makqreqorun zədələnməsi səbəb olub.
UFC-nin prezidenti Dana Uaytin sözlərinə görə, döyüşün iyunun 29-da "UFC 303" turniri çərçivəsində keçirilməsi nəzərdə tutulsa da, Makqreqor oktaqona çıxa bilməyəcəyini deyib.
Qeyd edək ki, Konor son görüşünü 2021-ci ildə ABŞ-dən olan Dastin Porye qarşı keçirib.
Mənbə: Skysports.com