Argentinalı ulduz futbolçu Lionel Messinin ləqəbi 19 yaşlı yarımmüdafiəçi Arda Gülerə verilib.
Məlumata görə, İspaniya mediası "Real Madrid"in 19 yaşlı futbolçusu Arda Gülerə Lionel Messinin "yadplanetli" ləqəbini verib.
Gənc yarımmüdafiəçi bu ləqəbi 6 qola ən qısa müddət ərzində çatan gənc futbolçu olduğu üçün qazanıb.
Qeyd edək ki, Arda Güler "Real Madrid" forması ilə ümumilikdə 440 dəqiqə meydanda olub. 19 yaşlı türkiyəli futbolçu ümumilikdə 12 matçda meydana çıxıb və 6 qolla yadda qalıb.
Lionel Messinin ləqəbi Arda Gülerə verildi
Mənbə: Ntvspor.net
Rəylər