Almaniya mediasında yayılan xəbərlərə görə Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunda komanda yoldaşı Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Buna səbəb isə komanda yoldaşının Mahir Emrelini təhqir etməsi olub.
Bu barədə Oxu.Az-a danışan Mahir Emrelinin meneceri Elnurə Emreli xəbərin əsassız olduğunu bildirib.
"Mahir ilə əlaqə saxladım. O, komanda yoldaşı ilə dalaşmadığını, yayılan xəbərlərin isə tamamilə yalan olduğunu dedi. Mahirin komanda yoldaşları ilə arası olduqca yaxşıdır və "Hannover 96" ilə görüş üçün hazırlıqlarını davam etdirirlər".
Anar Həsənov
Mahir Emreli "Nürnberq"də onu təhqir edən komanda yoldaşı ilə dalaşıb.
Oxu.Az Bild.dl-yə istinadən xəbər verir ki, millimizin hücumçusu Yannik Hofmann və Finn Elçlə mübahisə edib.
Futbolçumuz Finnlə yüngül sözləşib, Hofmanna isə Emreliyə məşq zamanı sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbiləşən Yannik Hofmann Emrelini ingilis dilində təhqir edib.
Baş məşqçinin köməkçisi Ceremi Polenz Almaniya mətbuatına açıqlamasında məsələyə aydınlıq gətirib:
"Belə emosiyaların olması pis deyil. Şifahi mübahisələrin olması normal haldır".
Qeyd edək ki, sabah "Nürnberq" səfərdə "Hannover 96" ilə qarşılaşacaq.
Rəylər