"Mançester Yunayted" və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında futbol karyerasını başa vurub.
Oxu.Az "rsport"a istinadən xəbər verir ki, bu barədə özü açıqlamasında bildirib.
"Təəssüf ki, bu, istədiyimdən daha tez başa çatdı", - Cons bildirib.
O, A lisenziyası aldığını və məşqçilik karyerasına başlamaq istədiyini qeyd edib. Fil "Mançester Yunayted"in U18 gənclər komandası ilə işləmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə forma geyindiyi "Mançester Yunayted" olub. Fil ötən yay klubla müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. "Qırmızı şeytanlar"da forma geyindiyi müddət ərzində 229 matçda iştirak edib, altı qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 27 oyuna çıxıb.
Rəylər