İngiltərə Premyer Liqasının ikinci turunun ilk oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, "Brayton" doğma "Ameks" stadionunda "Mançester Yunayted"i qəbul edib.
Oyunda hesabı ev sahibləri açıblar. 32-ci dəqiqədə Deni Uelbek fərqlənməyi bacarıb. "Qırmızı şeytanlar" cavab qolunu ikinci hissədə vura biliblər. Nussar Mezraurinin ötürməsini Amad Dialou qola çevirib.
Qarşılaşmaya əlavə olunmuş beşinci dəqiqədə ev sahibləri yenidən rəqib qapısına yol tapıblar. Joa Pedro Andre Onananı məyus edib və matçda son nöqtəni qoyub. Yekun hesab 2:1.
Rəylər