Norveçli qrosmeyster Maqnus Karlsen Zaqrebdə keçiriləcək "Grand Chess Tour"un üçüncü mərhələsində iştirak etməyəcək.
Norveç Şahmat Federasiyasının "X" sosial şəbəkəsində bu barədə paylaşım edilib.
"Ailə vəziyyətinə görə qrosmeyster Maqnus Karlsen, təəssüf ki, Zaqrebdə keçiriləcək turnirdən imtina edib və onu bu turnirdə amerikalı qrosmeyster Levon Aronyan əvəz edəcək".
Bir ay əvvəl Karlsen altıncı dəfə "Norway Chess"in qalibi olub. 10 raundun yekununda o, 17,5 xal toplayıb ki, bu da gümüş medalçı Hikaru Nakamuradan üç xal çoxdur.
Xatırladaq ki, Karlsen keçən il yalnız altıncı yeri tutmuşdu, bundan əvvəl isə dörd il ardıcıl Norveçdə keçirilən turnirin qalibi olmuşdu. Onun ilk qələbəsi 2016-cı ildə olub.
Mənbə: Championat.com
Rəylər