ABŞ-li basketbolçu Maykl Cordanın avtoqrafı olan kolleksiya kartı hərracda 2,93 milyon dollara satılıb.
Bu barədə "Goldin" hərrac evi məlumat yayıb.
"Logoman" kolleksiya kartlarında turnir oyunlarında istifadə edilən formalardan kəsilmiş Milli Basketbol Assosiasiyasının (NBA) loqosu var. Bir qayda olaraq, kartların sayı bir nüsxə ilə məhdudlaşır. Mənbənin sözlərinə görə, 2,93 milyon dollar Cordanın kartının satışı üçün rekord məbləğdir. Kartın dəyəri ondan ibarətdir ki, o, basketbolçunun "Çikaqo" köynəyində təsvir olunduğu yeganə kartdır.
"Bu kartın tarixi əhəmiyyətini və vacibliyini sözlə ifadə etmək mümkün deyil. Bu, şübhəsiz ki, Maykl Cordana məxsus ən yaxşı, ən qiymətli və ən çox axtarılan kartdır", - "Goldin"in qurucusu Ken Qoldin bildirib.
Mənbə: Bleacher Report