"Napoli" Viktor Osimhenin keçidi üçün PSJ-dən 130 milyon avro tələb etdiyi üçün Fransa klubu hücumçularından birini satmaq qərarına gəlib.
Məlumata görə, PSJ rəsmiləri Qonsalu Ramuş, ya da Kolo Muaininin satışında maraqlıdırlar.
Buna səbəb isə "Napoli"nin Viktor Osimhen üçün 130 milyon avro tələb etməsidir.
Qeyd edək ki, PSJ klubu Viktor Osimhen və Xviça Kvaratsxeliya üçün 200 milyon avro ödəməyə hazır olduğunu bildirsə də, Neapol təmsilçisi təklifi qəbul etməyib.
Mənbə: Championat.com
Rəylər