Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvan Futbol Federasiyasının prezidenti: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox"
Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
Azərbaycan Premyer Liqasının 14-cü turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:
"İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiniz, gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymurlar. Bilmirəm, niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxardım, o futbolçuları qoymazdım. Fernandu Santuş olmur, kim olur-olsun".
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Finlandiya millisinin baş məşqçisi UEFA Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
Rəylər