“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.
Rəylər