Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) birinci pilləyə yüksəlib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.
Rəylər