Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, ölkəmizi cüdo yarışlarında doqquz çəki dərəcəsi üzrə iki qadın və yeddi kişi idmançı təmsil edəcək.
Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaqlar.
Kişilərdən ibarət heyətdə isə Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) yer alıblar.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.
Rəylər