"Real Betis"in çilili baş məşqçisi Manuel Pelleqrini İspaniya La Liqasının tarixində ən təcrübəli əcnəbi məşqçi olub.
Oxu.Az xəbər verir ki, o, yetirmələrini La Liqada ümumilikdə 489 oyuna çıxarıb ki, bunlardan sonuncusu sentyabrın 18-də "Xetafe" ilə görüş olub (2:1).
Pelleqrini 1950-71-ci illər arasında 488 oyun keçirən Ferdinand Dauçikin (Çexoslovakiya) keçmiş rekordunu üstələyib.
Manuel Pelleqrininin ümumi görüş sayı "Vilyarreal" ilə 190, "Real Madrid" ilə 38, "Malaqa" ilə 104 və hazırkı klubu ilə 15 oyundan ibarətdir.
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone də (484) rekord göstəriciyə yaxındır. O, bir neçə həftə ərzində Dauçikdən üstün ola bilər.
Pelleqrini həm də ən yaşlı məşqçi kimi La Liqanın növbəti rekordunu qırmağa çox yaxındır. Bu, demək olar ki, bir neçə gün ərzində baş verəcək.
İSPANİYA |
|
|
|
|
| Məşqçi | Milliyyət | Oyunlar | Dövr |
1 | Manuel Pelleqrini | Çili | 489 | 2004- |
2 | Ferdinand Dauçik | Çexoslovakiya | 488 | 1950-71 |
3 | Dieqo Simeone | Argentina | 484 | 2012- |
4 | Con Toşak | Uels | 480 | 1985-2004 |
5 | Javier Agirre | Meksika | 466 | 2002-24 |
6 | Marsel Dominqo | Fransa | 455 | 1958-84 |
7 | Radomir Antiç | Yuqoslaviya/Serbiya | 409 | 1988-2004 |
8 | Helenio Herrera | Argentina | 359 | 1948-81 |
9 | Rok Olsen | Argentina | 345 | 1962-89 |
10 | Viktor Esparraqo | Uruqvay | 330 | 1987-2006 |
11 | Alfredo Di Stefano | Argentina | 305 | 1967-91 |
12 | Yohan Kroyff | Niderland | 300 | 1988-1996 |
Anar Həsənov
Rəylər