Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliyanın "Osasko" klubuna qoşulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin voleybolçusunun Braziliyaya qayıdışı hələ iyunda dəqiqləşmişdi.
Lakin İndoneziyanın "Qresik Petrokimiya" klubunda çıxış edən, ardınca istirahətə yollanan hücumçu yalnız indi "Osasko"nun düşərgəsində qoşulub. Polinanın komandanın heyətindəki ilk məşqi də diqqətdən kənar qalmayıb. Braziliya çempionatının liderlərindən biri olan "Osasko"nun rəsmi səhifəsində "O, gəldi!!!" başlıqlı yazı yerləşdirilib.
Qeyd edək ki, Rəhimovanın Braziliya liqasında oynamaq təcrübəsi var. O, iki mövsüm "Sesi Volley"in şərəfini qoruyub. "Osasko" voleybolçumuzun peşəkar karyerasında 15-ci klub olacaq.
Rəylər