"Qalatasaray"ın əfsanəsinə çevrilən qapıçısı Fernando Muslera Uruqvayda klub alıb.
Oxu.Az xəbər verir ki, uruqvaylı ulduz ölkəsinin III Liqasında çıxış edən "Sportivo Bella İtalia" komandasının sahibi olub.
Təcrübəli qolkiper fasilədə ölkəsinə gedərək prosedurları tamamlayıb.
Qeyd edək ki, "Sportivo Bella İtalia" klubu çıxış etdiyi Liqanın A qrupunda 15 xalla 3-cü pillədə qərarlaşıb.
Rəylər