Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə anlaşıb.
"Sarı-qırmızılılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndəriblər.
Qeyd edək ki, Lyuka Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 31 yaşlı oyunçu 2014-2022-ci illər aralığında Fransa millisinin heyətində 45 matçda meydanda olub.
Rəylər