"Qarabağ"ın futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxacaq.
"Report" xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan portuqaliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən, növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.
Belə ki, bu ildən tətbiq olunan yeniliklərə əsasən, iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında Bakıda cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Rəylər