"Real Madrid"in müdafiəçisi Eduardo Kamavinqa "Atalanta" ilə görüşü zədə üzündən buraxmalı olacaq.
Oxu.Az xəbər verir ki, təcrübəli futbolçu "Atalanta" ilə qarşılaşmadan öncə komanda ilə məşq zamanı ciddi zədə alıb.
"Real Madrid" klubunun həkimləri futbolçunun zədəsinin ciddi olduğunu və uzun müddət yaşıl meydanlardan uzaq qala biləcəyini deyiblər.
Qeyd edək ki, "Real Madrid" və "Atalanta" arasında keçiriləcək Superkubok görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Rəylər