Dekabrın 8-də "Red Bull Car Park Drift"in ən yaxşısını müəyyən etmək üçün 15 qorxusuz sürücü Küveytə toplaşıb.
Oxu.Az xəbər verir ki, yarış Sirbb Circuit avtoidman trasında keçirilib.
Ən yaxşı drifterlər 2000 tamaşaçı qarşısında qalib adı üçün mübarizə aparıblar.
"Red Bull Car Park Drift": Yaxın Şərqdə yeni atəş – VİDEO
Bu il Omandan olan Rafat Al Yahya "Nissan Sylvia" markalı avtomobillə 378 xal toplayaraq "Red Bull Car Park Drift"in qalibi olub.
Bununla da Oman ardıcıl ikinci dəfə bu yarışı qalibiyyətlə başa vurub. Al Yahya "Driftin Kralı" adına layiq görülüb. Omanlı həyəcanını belə dilə gətirib: "Mən çox xoşbəxtəm ki, bu ilin "drif kralı" oldum, şadam ki, tac Omanda daha bir il qalacaq".
Elvin Əhmədov
www.oxu.az
Rəylər