"Neftçi" klubu Roman Qriqorçukun rəhbərliyi dövründə qələbə qazanmayan yeganə komanda olub.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi 9 görüşə çıxsa da, qalib gələ bilməyib.
Karyerası ərzində 8 klubda çalışan Qriqorçuk Odessanın "Çernomorets" və Zaporojye "Metallurq"unun sükanı arxasına iki dəfə keçib.
"Neftçi" klubunu cəmi 9 oyuna çıxaran Qriqorçukun karyerasında ən qısamüddətli iş yeri "ağ-qaralar" deyil.
O, 2009-cu ilin oktyabr-noyabr aylarında Zaporojye təmsilçisini cəmi 3 matça çıxardıqdan sonra tərk edib. Amma bu müddətdə də qələbə sevinci yaşayıb. Təcrübəli çalışdırıcının "Metallurq"da ilk işi cəmi 28 gün sürüb və dekabrda ikinci dəfə bu klubun sükanı arxasına keçib.
Qeyd edək ki, Qriqorçuk 2000-ci ildə başlayan məşqçilik karyerası ərzində "Neftçi"yə qədər Latviyada "Dinaburq"la "Ventspils", Ukraynada "Metallurq"la "Çernomorets", Azərbaycanda "Qəbələ", Belarusda "Şaxtyor", Qazaxıstanda "Astana"ya rəhbərlik edib.
Rəylər