Səudiyyə Ərəbistanı Pro Liqasının ilk turunda Kriştianu Ronaldunun vurduğu qola baxmayaraq, "Ən-Nəsr" "Ər-Raed"ə qalib gələ bilməyib (1:1).
Oxu.Az-ın məlumatına görə, görüş Ər-Riyaddakı "Əl-Əvvəl Park" stadionunda baş tutub.
34-cü dəqiqədə Sadio Manenin ötürməsi ilə qarşılaşmada hesabı portuqaliyalı Kriştianu Ronaldu açıb. 49-cu dəqiqədə yarımmüdafiəçi Mohammed Fouzair penaltini qola çevirərək hesabı bərabərləşdirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən cəmi 48 matçda 39 yaşlı portuqaliyalı 51 dəfə fərqlənə bilib. O, daha bir dəfə fərqlənsə, 900-cü qoluna çatacaq.
Rəylər