Son altı mövsümün hər birində qalib gələn Rusiyanın "Zenit" klubunun rəsmiləri 2024/25 mövsümü üçün 17 milyard rubl (309 milyon manat) vəsait ayırıblar.
Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, Rusiya klubunun rəsmiləri bu məbləği artıra biləcəklərini də deyiblər.
Əlavə olaraq bildirilib ki, "Zenit" transferlər üçün dəqiq büdcə müəyyən etmək niyyətində deyil. Bütün bahalı transferlər direktorlar şurası tərəfindən müzakirə olunacaq və yalnız bundan sonra konkret futbolçunun alınması ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, "Zenit" Rusiyanın hazırkı çempionu və ölkə kubokunun qalibidir. Son 6 ildə "mavi-ağ-göylər" 6 dəfə Rusiya Premyer Liqasının qalibi olub, ötən mövsüm son turda titul qazanıb. Sergey Semakın komandası hazırda RPL turnir cədvəlində lider Krasnodardan bir xal geri qalaraq üçüncü yerdədir. Daxili çempionatın növbəti oyununda "Zenit" "Orenburq"la qarşılaşacaq.
Rəylər