“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.
İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Anlaşmaya əsasən, Azərbaycan klubu mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malikdir.
Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Oyunçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinə də dəvət alan vinger yığmada 10 matç keçirib. O, “Sabah”da 28 nömrəli formada çıxış edəcək.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.Paytaxt təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Ki...
Rəylər