Bu gün Özbəkistanın paytaxtı Daşkənddə gənc şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.
Oxu.Az xəbər verir ki, mötəbər yarışda Azərbaycan iki şahmatçı ilə təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaqlar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil edilən yarış 9 turdan ibarət olacaq.
Rəylər