Moskva "Spartak"ı "Qarabağ"ın qapıçısı Andrey Lunyovun xidmətində maraqlı imiş.
Məlumata görə, futbolçunun sabiq meneceri Anton Smirnov keçidin alınmayacağını bildirib.
Onun sözlərinə görə, Moskva klubu bu transferi həyata keçirmək istəsə də, idman direktoru Tomaş Amaral bunun əleyhinə çıxıb. Səbəb isə onun komandaya daha gənc futbolçuları cəlb etmək istəyi olub. Amaral həmin futbolçuları sonradan başqa kluba satmaq perspektivini nəzərə alaraq belə qərar verib.
Qeyd edək ki, Smirnov həmin müzakirələrin qış transfer dönəmində aparıldığını bildirib.
Mənbə : Championat.com