"Ştutqart"ın azarkeşləri "Bayer Leverkuzen"lə Almaniya Superkuboku uğrunda oyunda komandalarına dəstək olmamaq qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, azarkeşlərin bu addımı atmasına səbəb isə klublar aralarında yaranan gərginlik olub.
Belə ki, "Ştutqart" klubu "Ultras" azarkeş qrupuna biletləri pulla satacağını deyib. Azarkeşlər isə bunu təhqir olaraq qəbul etdiklərini bildiriblər.
Qeyd edək ki, oyun avqustun 17-də Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Rəylər