Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın “Kopenhagen” komandasını məğlub edib.
Oxu.Az-ın xəbərinə görə, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Bütün oyun rəqibdən üstün olan ağdamlıların yeganə qolunu 25-ci dəqiqədə Mahir Mədətov vurub.
Cavab qarşılaşması avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq. Əgər bu oyunda da, “Qarabağ” sərfəli nəticə əldə etsə (ən azından uduzmasa), komandamız Azərbaycan tarixində böyük bir ilkə imza atacaq - Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.
Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın “Kopenhagen” komandasını məğlub edib.Oxu.Az-ın xəbərin...
S.B.
www.oxu.az
Rəylər