Türkiyə millisinin heyətində ən bahalı futbolçu "Real Madrid"in gənc ulduzu Arda Güler olub.
Oxu.Az xəbər verir ki, Arda Gülerin dəyəri 73.2 milyon avro olaraq göstərilib.
"Yuventus" klubunda çıxış edən Kenan Yıldız isə 62.6 milyon avro ilə ikinci pillədə qərarlaşıb.
"Benfika"nın futbolçusu Orkun Kökçü 43.2 milyon avro, "İnter"in ulduz oyunçusu Hakan Çalhanoğlu isə 40 milyon avro ilə 4-cü və 5-ci pillələri bölüşür.
"Brayton" klubuna transfer olunan Ferdi Kadıoğlunun ümumi dəyəri 31.2 milyon avro olaraq göstərilib. "Beşiktaş" klubunun gənc ulduzu Semih Kılıçsoy 27.6 milyon avro dəyərə sahib olduğu üçün 7-ci sırada qərarlaşıb.
8-ci pillədəki Barış Alper Yılmazın dəyəri 26.3 milyon avrodur. 9-cu sırada qərarlaşan "Frankfurt"un heyətində çıxış edən Can Uzunun dəyəri 20.1 milyon avro, 10-cu sırada yerləşən "Hoffenhaym"da çıxış edən Ozan Kabakın dəyəri isə 15.1 milyon avrodur.
Rəylər