"Barselona"nın sabiq futbolçusu Tyaqo Alkantara klubun məşqçilər korpusunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytda məlumat yayıb.
Tyaqo Hans Flikin qərargahında cəmi bir ay işləyib. Onun təyinatı iyulun 17-də elan edilib. Alkantaranın əsas komandanın məşqçilər korpusunda yerini indiyədək "Barselona"nın U-16 komandasının çalışdırıcısı olmuş Arnau Blanko tutacaq.
Qeyd edək ki, İspaniya millisinin sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara 2024-cü il iyulun 8-də futbolçu karyerasını başa vurduğunu elan edib.
Rəylər