UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Yanq Boyz" - "Aston Villa" görüşünün ən yaxşısı Yuri Tilemans, "Yuventus" - PSV qarşılaşmasının ən yaxşısı isə türkiyəli ulduz futbolçu Kenan Yıldız seçilib.
"Milan" - "Liverpul" qarşıdurmasında fərqlənən futbolçu Rayan Qravenberx olub. 11 qolun vurulduğu "Bavariya" - "Dinamo Zaqreb" görüşünün ən yaxşısı isə Harri Keyn seçilib.
"Real Madrid" - "Ştutqart" matçında isə komandanın qolkiperi Tibo Kurtua digər oyunçulardan fərqlənməyi bacarıb. "Sportinq" - "Lill" qarşılaşmasında Viktor Qyokereş matçın adamı seçilib.
Qeyd edək ki, qrup mərhələsinin daha altı görüşünə bu gün Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Rəylər