"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.
Oxu.Az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.
Bu gün UEFA Konfrans Liqasının pley-off matçının cavab görüşündə "Zirə" Kiprin "Omoniya" klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, səfərdə 0:6 hesabı ilə məğlub olan komandamız doğma meydanda qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
29 avqust
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
"Zirə" - "Omoniya"
Saat 20:00, Dalğa Arena
Rəylər