8-10 sentyabr tarixlərində keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsi görüşləri rekord və antirekordlarla yadda qalıb.
Oxu.Az "IFFHS"yə (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) istinadla xəbər verir ki, Kriştianu Ronaldu karyerasında ilk dəfə Şotlandiya seçməsinə (2:1) qol vurub.
Ümumilikdə onun Portuqaliya forması ilə 48 milli komandaya qarşı qolu var ki, bu da dünya rekordudur.
Bu görüşün digər portuqaliyalı qolçusu Bruno Fernandeş ardıcıl iki doğum günündə qol vuraraq komandasının tarixində ilkə imza atıb (8 sentyabr).
Şotlandiya millisi bütün yarışlarda keçirdiyi son 8 oyununun heç birində qələbə qazana bilməyib (3 heç-heçə, 5 məğlubiyyət), bu isə milli komanda tarixinin ən uzun qələbəsiz seriyasıdır.
Fransanın son 6 qolunun hər biri, PSJ oyunçuları tərəfindən vurulub. 2003-cü ilin iyun-avqust aylarından bəri komanda üçün bu cür ən uzun seriyadır. (Ardıcıl 6 qolun Arsenal oyunçuları tərəfindən vurulduğu zaman).
Finlandiya ilə oyunda (2-0) Harri Keyn İngiltərə millisində 100 oyun qazanan 10-cu oyunçu oldu və 2014-cü ilin noyabrında Ueyn Runidən sonra bunu edən ilk oyunçu olub.
Rəylər